Goranboyda sürücü idarəetməni itirdi - Avtomobil dirəyə çırpıldı

Goranboyda sürücü idarəetməni itirdi - Avtomobil dirəyə çırpıldı

Hazırda oxunan: Goranboyda sürücü idarəetməni itirdi - Avtomobil dirəyə çırpıldı

112702

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO