SELENİNİZ yoxdursa, sizə Yeni il axşamı İÇMƏK OLMAZ - XƏBƏRDARLIQ

SELENİNİZ yoxdursa, sizə Yeni il axşamı İÇMƏK OLMAZ - XƏBƏRDARLIQ

Hazırda oxunan: SELENİNİZ yoxdursa, sizə Yeni il axşamı İÇMƏK OLMAZ - XƏBƏRDARLIQ

112576

Yeni il gecəsi ilin ən özəl və şən gecələrindən biridir. Dekabrın 31 yaxşı yemək yemək və bir qədər spirtli içki qəbul etməklə qeyd olunur. Təəssüf ki, həddi aşdıqda, bu əyləncə tərzi sağlamlığınıza zərər verə bilər.

Bəs, Yeni il axşamı kimlərə çox içmək olmaz? Çox içdikdə nə etmək lazımdır?

Bizim.Media-a danışan həkim Rasif Bağırov bildirir ki, spirtli içkilərin bayramqabağı və bayram günləri istifadə edilməsinə qıraqdan vasitələrlə nəzarət etmək mümkün deyil. 

“Çünki illərdir, əsrlərdir insanlar bu içkilərdən istifadə edir, amma Nizami Gəncəvi də deyirdi ki, suyu da bir az artıq içəndə adama pis təsir edir. Norma daxilində içilən spirtli içkinin özü də orqanizmə heç bir ziyan vermir, əksinə orqanların fəaliyyətini stimulyasiya edir. 

Normadan artıq içdikdə isə ciddi fəsadlarla üzləşmək mümkündür. Bunlardan biri alkoqol zəhərlənməsidir. İçməyi hər gün təkrarlayan insanların da müxtəlif orqanlarında, qaraciyər, ürək, ağciyərdə problemlər yarana bilir, vaxtından tez qocalma prosesi başlayır, müəyyən xəstəliklər meydana çıxır”.

Həkim qeyd edib ki, alimlərin tapıntısına görə içkiyə meyilli olan insanların bədənində selen preparatı həmişə azlıq təşkil edir. Selen isə immun sisteminin və qalxanabənzər vəzinin düzgün fəaliyyət göstərməsini təmin edir: 
“Alkoqoliklərin bədənində həmişə selen preparatının miqdarı çox az olur. Selen preparatının azlığı bədəndə alkoqola meyili artırır. Avropa və ABŞ-də insanlar bu preparatdan özlərinə müxtəlif xəstəliklərdən qorumaq üçün istifadə edirlər. Azərbaycanda da bu preparatdan istifadə tövsiyə olunur, həm orqanizmanın yaxşı işləməsi, həm də alkoqola meyilin azalması üçün.

Alkoqol əleyhinə dərman və preparatlar kifayət qədər var, lakin alkoqoliklər bundan istifadə etməyə çəkinir, çünki insanı çox ağır fiziki-psixoloji durumlara sala bilir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO