Daşınmaz əmlakın alqı-satqısı üzrə yalnız nağdsız qaydada həyata keçirilməli olan ödənişlərin əhatə dairəsi genişlənir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.14-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:23 / 30.12.2022
Yeni binalardan mənzillər yalnız nağdsız qaydada ödənişlə alına bilinəcək
Hazırda oxunan: Yeni binalardan mənzillər yalnız nağdsız qaydada ödənişlə alına bilinəcək
Hazırda oxunan: Yeni binalardan mənzillər yalnız nağdsız qaydada ödənişlə alına bilinəcək
112450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.