“Türk Dünyası Kültür-Sanat Platformu”x9d 2015-ci ildə Türk Dünyasına Xidmət Ödülünə millət vəkili Qənirə Paşayevanı layiq görüb. Platform Başkanı Ş.Kuzəçi bildirib ki, qurum millət vəkili Q. Paşayevanı Türk dünyası mədəniyyəti, ədəbiyyatı, sənətinə xidmətlərindən və harada yaşamasından asılı olmayaraq Türk insanına dəstəyindən dolayı bu ödülə layiq görüb.xa0
Türkiyənin Kültür və Turizm Bakanlığı, Gölbaşı Bələdiyyəsi və UKDE tərəfindən düzənlənən tədbir çərçivəsində Platform Başkanı Ş. Küzeci ilə Gölbası Bələdiyə Başkanı Fatih Duruay tərəfindən ödül millət vəkili Q. Paşayevaya təqdim edilib. Türkiyənin bir sıra rəsmi çəxsləri, aydınları, şair, yazarları, KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş çoxlu sayda şair, yazar, aydının iştirakı ilə keçən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara, “Türk Dünyası Kültür-Sanat Platformu”x9dna öz təşəkkürünü bildirib.xa0
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İb-nin sədri Qənirə Paşayeva mərasimdə çıxışı zamanı deyib ki, bu mükafatı Gözəl ölkəm Azərbaycan, gözəl millətimiz, şəhidlərimiz və Türk dünyası üçün çalışan bütün insanlar adına alıram. Mərasimdə çıxış edən millət vəkili mükafatın onun üçün çox böyük dəyər daşıdığını söyləyib və bildirib ki, o bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:”x9dBir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”x9d- deyərək bitirib.xa0
Gölbaşı bələdiyyəsinin başqanı Fatih Duruay da çıxışında millət vəkili Q. Paşayevanın Türk dünyası ilə bağlı məsələlərdə həssaslığı və gördüyü işlərlə bağlı danışaraq gənc nəsillərimizin belə bir ruhda yetişməsi üçün daha da çox çalışmalıyıq deyib və bələdiyyə adından təbrik və təşəkkür edərək onu konfranslar vermək üçün təkrar Ankaraya dəvət edib. Millət vəkili Q. Paşayeva dəvət üçün təşəkkürünü bildirib. Tədbir çərçivəsində millət vəkili Q. Paşayeva Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yazar, şair, araşdırmaçılarla görüşüb, müzakirələr aparıb, KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib.


































































































