
- A-
- A
- A+
Parlamentin payız sessiyası başa çatdı
Milli Məclis payız sessiyası üzrə öz işinə yekun vurub.
Bizim.Media xəbər verir ki, bu gün parlamentin payız sessiyasının sonuncu plenar iclası keçirilib.
Parlamentin spikeri Sahibə Qafarova çıxış edərək, 2022-ci ildə parlamentin gördüyü işlərlə bağlı məlumat verib.
“Payız sessiyasında parlamentin 19 iclası keçirilib, ümumilikdə, 206 qanun və qərar layihəsi qəbul edilib. Eyni zamanda 2022-ci il ərzində ictimai dinləmələr də keçirilib. Belə ki, böyük ictimai maraq doğuran qanun layihələri və digər məsələlərlə bağlı 10 ictimai dinləmə təşkil edilib və geniş müzakirələr aparılıb”, - deyə spiker əlavə edib.
Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və bununla da Milli Məclisin 2022-ci il üzrə işinə yekun vurulub.
Murad Əhmədov, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































