İnsanlar niyə Yeni il ovqatında deyil?  ”“ Səbəb tək dolanışıq deyilmiş...

İnsanlar niyə Yeni il ovqatında deyil? ”“ Səbəb tək dolanışıq deyilmiş...

Hazırda oxunan: İnsanlar niyə Yeni il ovqatında deyil? ”“ Səbəb tək dolanışıq deyilmiş...

112413
Əhməd Qəşəmoğlu: “Bunu təkcə sosial problemlərlə əlaqələndirmək doğru deyil”x9d; Mehriban Vəzir: “Ən azı həmin gün dualar etməliyik”x9d
Sərdar Cəlaloğlu: “Müxtəlif xalqların adət-ənənələrini şeytan təqviminə uyğunlaşdırması Yeni il bayramını ortaya çıxarıb”x9d
Minval.az saytı əhali arasında Yeni ili necə keçirəcəkləri ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edən Bakı sakinlərinin əksəriyyəti Yeni il ab-havasında olmadıqlarını və bunu bayram kimi qeyd etməyəcəklərini deyiblər. Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə bu ilə insanların elə də böyük ümidlərlə, yüksək bayram əhval-ruhiyyəsi ilə yanaşmadığını hər nüansda sezmək mümkündür. İstər bayrama hazırlıq prosesi, istər alış-veriş, istərsə də paytaxtdakı abu-hava bunu düşünməyə əsas verir. 

Maraqlıdır, insanların Meymun ilinə bu qədər həvəssiz yanaşmasının, bayram kimi qeyd etməyəcəklərini deməsinin gerçək səbəbi nədir? Bunu sosial iqtisadi problemlərlə əlaqələndirmək olarmı?

Sosioloq Əhməd Qəşəmoğlu insanların Yeni ilə bu qədər həvəssiz yanaşmasının dünyada dövr edən problemlərlə əlaqəli olduğunu dedi: “İnsanların Yeni il bayramına həvəssiz yanaşmasının səbəbini sosial problemlərlə əlaqələndirmək düzgün deyil. Ümumiyyətlə qlobal olaraq yer üzündə gedən proseslər hər kəsdə bir ümidsizlik yaradır. Yer üzü hələ indiyə qədər bu qədər burulğanlar içərisində olmayıb. Sağda, solda  hər yerdə qan axır. Bütün yer kürəsi qan burulğanı içərisindədir və insanın xarakteri, xüsusiyyəti elədir ki, o sabaha həmişə ümidlə yanaşır. 


Günü-gündən yer üzündəkı problemlər, qlobal səviyyədə maddi çətinliklər artır və bunların hamısının fonunda həmin sosial, psixoloji problemlər baş verir. Yekunda isə insanlar sanki Yeni ildən daha problemlərini həll edəcək heç nə gözləmirlər. Bəlkə də Yeni ilə bir az da qorxa-qorxa baxırlar ki, hər il yer üzünə sonrakından bir az da böyük problemlər gətirir. Bu baxımdan məsələnin kökü qlobal səviyyədə yer üzündə gedən çətinliklərdir. Amma əsas məsələ budur ki, min illərdir dünyanın bütün müdrik insanları, alimləri, peyğəmbərləri, müqəddəs kitablarda bizə həmişə deyib ki, o vaxtı ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olur, həmin cəmiyyət öz-özünü tənzimləyir. 

Öz-özündə ruh yüksəkliyi yaradır. O vaxt ki, cəmiyyətdə maddi dəyərlər önə keçir, o cəmiyyətdə insanlarda əhval ruhiyyə korlanır və həmin cəmiyyətdə problemlər çoxalır. Bütün yer üzündə maddiyat daha çox aktiv rol oynamağa başlayıb, mənəvi faktorları sanki tapdalayıb. Hətta ölkə daxilində problemlər olanda yer üzündə bir sakitçilik hökm sürürsə, insanlarda böyük ümid yaranır ki, bizdə də tezliklə hər şey yaxşı ola bilər. Amma qlobal səviyyədə bir çətinlik çıxanda insan daha pessimist vəziyyətə düşür və ovqatına təsir edir”x9d.


Yazıçı-publisist Mehriban Vəzir bildirdi ki, bayram yalnız süfrə açmaq deyil, həm də əhval-ruhiyyə deməkdir: “İnsanlar Yeni ili elə də böyük təmtəraqla qarşılamır. Sadəcə olaraq evində uşaqlar üçün bir Yeni il ağacı bəzəyi yaxud da bir neçə ailə yığışıb bir yerdə bir axşam yeməyi yeyir, televiziyada bayram konsertlərinə baxır. Yəni adətən belə olur. Bunu da etməyə insanların büdcəsi çatır. Məsələn, Novruz bayramını min illərdir keçiririk. Bu bayram nə kasıbın, nədə ki, varlının büdcəsinə baxmır, hamı keçirir. Bayram təkcə süfrə açmaq demək deyil. Bayram həm də əhval ruhiyyədir. Düşünürəm ki, çox az bir zümrə olar ki, desin ki, Yeni ili qarşılamayacağıq. Çünki bu bizim ilimizdir, bu illə yaşayırıq və ili yaxşı qarşılamağa çalışırıq. Bu da çox normaldır. Bəlkə Azərbaycan yeni bir kəsim, dindar bir kəsim yaranıb ki, onlar bu bayramı heç qəbul edə bilmirlər. Mənə elə gəlir ki, bu çox kiçik bir zümrədir. Amma əsasən Azərbaycanda Yeni ilin süfrəsi, söhbəti, əhvalı əhalinin böyük əksəriyyətində var. Buna etiraz etmək mənə gülünc görünür. Biz ili xoş qarşılamalıyıq. Ən azından həmin gün dualar etməliyik ki, ay Allah ilimizi xeyirli gətir”x9d.


ADP sədri Sərdar Cəlaloğlu isə Yeni ilin təvqiminin şeytan üçün əhəmiyyətli bir təqvim olduğunu dedi: “Azərbaycan Rusiyanın tərkibinə daxil olandan sonra bir çox xristian adət-ənənələri bizə zorla tətbiq edildi. Bir nəsil keçdikdən sonra isə insanlar bütün bu adət ənənələri özlərinin doğma adət ənənəsi kimi qavramağa başladı və özümüzə məxsus olan bir çox adət-ənənələri unutdular. Bura Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı və digər milli bayramlar aiddir. Müstəqillik əldə etdikdən sonra Ramazan bayramı, Qurban bayramı, Novruz bayramı tətbiq edilməyə başladı. Amma Sovet dönəmindən yeridilən ideallar, fikirlər və bayramlar qaldı. Bu gün xalqın böyük bir hissəsi başa düşür ki, müstəqildir, öz xalqının, dininin adət-ənənələrinə hörmət etməlidir. O kəsim ki, Yeni ili, mayın 1-ini, Məhsul bayramını, 8 martı, sevgililər gününü qeyd etmək istəyir, o adamlar hələ də Rusiyanın mənəvi işğalı altında olan insanlardır. Başqa dillə desək Rusiyanın Azərbaycandakı maraqlarının təmsilçiləri olan 5-ci kalondur. 

Şəxsən mən Yeni il bayramını qeyd etmirəm. Çünki bu bayramın mənim millətimə, xalqıma heç bir aidiyyəti yoxdur. Əslində Yeni ilin, yanvar ayının 1-nin nə müsəlmançılığa, nə xristianlığa, nə də ki, təqvimə aidiyyəti yoxdur. Yeni il bayramının tarixinə baxsaq ilk baxışdan bunu İsa peyğəmbərin anadan olduğu günün qeyd edilməsi kimi göstərirlər. Amma İsa peyğəmbər yanvarı 1-i deyil, dekabrın 22-də anadan olub. Ona görə də ruslar bunu iki cür qeyd edirlər. Bəs yanvar ayının 1-i nədir?! Biz satanistlərin təqviminə baxsaq dekabrın 31-dən yanvarın 1-ə keçən gecənin, mayın 1-inin və başqa əlamətdar günlərin onlar üçün müqəddəs günlər olduğunu görərik.  Xristianlıqda, iudaizmdə, islamda  gizli və açıq şəkildə şeytana itaət, ibadət edən qruplar var. Mövcud olan bir şeytan dini də var ki, bu, satanizimdir. Satanistlərin öz ideyalarını yeritməsi, müxtəlif xalqların adət-ənənələrini şeytan təqviminə uyğunlaşdırması Yeni il bayramını ortaya çıxarıb. Yəni Yeni il yanvarın 1-i sintetik bir bayramdır. Bir tərəfdən xristianlıqla səsləşir, bir tərəfdən də şeytanın təqvimini əks etdirir, amma bayram kimi qeyd edilməsi, yolka bəzədilməsi bir qədər çaşqınlıq yaradır. Amma yanvarın 1-i atəşfəşanlıq etmək, göyə fişəng atmaq tam şəkildə şeytanın vasitələrindən biridir və şeytanın tək Allahlığını qeyd etmək kimi bir şeydir. Çünki şeytan atəşdən əmələ gəlib”x9d.

S.Cəlaloğlu bayramları qeyd etməyin insanların sosial iqtisadi bayramı ilə də sıx bağlı olduğunu bildirdi: “İnsanlar bəzən sosial iqtisadi vəziyyətə görə bayramların sayını azaldırlar. Məsələn adamlar zəruri halda bir qab plov bişirib yeməklə Novruz bayramını, yaxud da Qurban və Ramazan bayramlarını qeyd edirlər. Amma Yeni il, 8 mart, Sevgililər günü kimi bayramların hamısı əhalinin sosial vəziyyəti ilə bağlıdır. Həm də ölkədə işsizlik, böyük kasıbçılıq olduğu üçün Yeni ili bayram kimi qeyd etməyə hamının imkanı çatmır. Həmçinin çoxları bunun bizə aid olmayan bayram olduğunu başa düşərək şüurlu şəkildə bundan imtina edirlər. Bir çoxları isə Yeni ili hələ də köləliyin əsarətində qaldığına, haram yollarla əldə etdiyi sərvətlərlə cah-cəlallı həyat yaşamaq üçün keçirir”x9d.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO