Bakıda ər arvadının başını kəsib intihar edib.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
Qəsəbə ərazisində kirayədə yaşayan 1970-ci il təvəllüdlü Ələsgərov Elxan Qəzənfər oğlu yaşadığı evdə həyat yoldaşı Əsədova Mahirə Mirzə qızının boğazını kəsərək qətlə yetirib. Daha sonra o özünün bilək nayihəsini doğrayaraq intihar edib.
Hər iki şəxsin meyiti evdən aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Bizim.Media