Siyəzəndə top mərmisi aşkar edilib - VİDEO

Siyəzəndə top mərmisi aşkar edilib - VİDEO

Hazırda oxunan: Siyəzəndə top mərmisi aşkar edilib - VİDEO

112389

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib. 

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş başlıqlı 73mm-lik top mərmisi olduğu müəyyən edilib. 
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. 

Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində aşkar edilən 1 ədəd “UZRQM-2” tipli əl qumbarası başlığı Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnik işləri üzrə mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Bizim.Media

 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO