Qubada 99 yaşlı qəzalı məktəbin binası yenilənir - FOTO

Qubada 99 yaşlı qəzalı məktəbin binası yenilənir - FOTO

Hazırda oxunan: Qubada 99 yaşlı qəzalı məktəbin binası yenilənir - FOTO

112103

Quba rayonunda 1923-cü ildə inşa edilmiş Digah kənd məktəbinin köhnə binasının yerində indi 360 yerlik yeni məktəb  tikilir.

Bizim.Media xəbər verir ki, tikinti işlərinə 2021-ci ilin iyun ayından başlanılıb. Hazırda dərslər 304 şagirdin oxuduğu təhsil ocağının sökülməmiş bir korpusunda 2 növbəli keçirilir. Bu da sıxlıq yaradır.

Bu gün Quba İH başçısı Ziyəddin Əliyev yeni tikilən Digah kənd orta məktəbinin tikintisinə baş çəkib. Rayon rəhbəri tikinti təşkilatına işlərin sürətləndirilməsi üçün tapşırıqlarını verib.

Qeyd edək ki, məktəbin qəzalı vəziyyəti barədə məsələni rayon rəhbərliyi qaldırıb. Tikinti işləri Elm və Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO