Qaxda gənc oğlanı avtomobil vurdu

Qaxda gənc oğlanı avtomobil vurdu

Hazırda oxunan: Qaxda gənc oğlanı avtomobil vurdu
110539
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hadisə səhər saatlarında Qax şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qax şəhər ərazisində küçəni keçmək istəyən 26 yaşlı Fərid Tarverdiyevi avtomobil vurub.

Qəzanı törədən sürücünün köməyi ilə təcili tibbi yardım çağrılıb və gənc oğlan Qax rayon mərkəzi xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərilib.

Yaralı üzərində aparılan müayinə zamanı ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyəti kafi hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO