
- A-
- A
- A+
Oğlunu güllələyən Gədəbəy sakini saxlanıldı
Daşkəsəndə öz oğlunu güllələyən ata saxlanılıb.
Bu məlumatı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov verib.
Onun sözlərinə görə, Daşkəsən rayon Polis Şöbəsinə Gədəbəy rayon sakini 1986-cı il təvəllüdlü Elfaq Abbasovun kürək nahiyəsindən silahla açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.
“Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin atası, 1963-cü il təvəllüdlü Qəşəm Abbasov saxlanılıb. Saxlanılan şəxs hadisəni sərxoş halda törətməsini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir” deyə E. Qasımov əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































