Təyyarələrdəki təhlükəsizlik tədbirlərində sizə əzizlərinizə deyil, əvvəlcə oksigen maskasını özünüzə taxmağınızı məsləhət görürlər. Bunun əsas səbəbi budur ki, başqasına kömək edə bilmək üçün əvvəlcə özünüz sağlam olmalısınız.
Bizim.Media xəbər verir ki, bu qayda gündəlik həyatda da keçərlidir.
Məktəbə, işə, evə, hər hansı bir yerə çatmaq üçün təlaş keçiririk. Bütün bunları edərkən həyatdan zövq almağı unuduruq.
Lakin kiçik vərdişlərə yiyələnməklə bu bədbin vəziyyətin qarşısını almaq mümkündür.
Özünüzü yaxşı hiss edəcək, stresinizi aradan qaldıracaq və özünüzü tapmağa kömək edəcək tövsiyələri sizinlə paylaşırıq:
Mükəmməl olmağa çalışmayın
Mükəmməl olmaq cəhdləri sizə özünü uğursuz hiss etdirə bilər. Bunun əvəzinə özünüzə kiçik hədəflər qoyun, böyük addımlar atın.
Maraqlı məşqlər…
Bəhanə gətirməyi dayandırın və öz məşqlərinizi kəşf edin. İdman salonlarına getməyi sevmirsinizsə , açıq yoga dərslərini sınayın.
Gəzmək lazımdır!
Gəzintiyə çıxmaq gündəlik iş həyəcanı ilə məşğul olan zehninizi sakitləşdirməklə yaradıcılığı artıra bilər.
Prioritetlərinizi müəyyənləşdirin
Etməli olduğunuz işlərin sayını azaldın. Daha çox zövq aldığınız şeyləri önə çəkin.
Yemək vərdişlərinizi dəyişin
Yediklərinizin zehni və mənəvi olaraq sizə təsir etdiyini bilirdinizmi? Sağlam qidalanma vərdişlərinə sahib olmaq, yuxu rejiminizdən əhvalınıza qədər bir çox şeyi təsir edəcək və daha yaxşı bir həyat keyfiyyəti təmin edəcəkdir.
Kitab oxuyun!
Ekranlardan uzaqlaşaraq ətirli, qalın və maraqlı bir roman oxuyun.
Yemək hazırlayarkən və yeyərkən tələsməyin!
bir çox insan yeməklərini hər hansı bir içlə məşğul olarkən - yolda, kompüter qarşısında, film seyr edərkən və s. vaxtlarda yeyir. Yemək yediyiniz anlardan zövq alın və yemək zamanı başqa şeylərlə maraqlanmayacağınıza özünüzə söz verin. Hətta ailənizi və sevdiklərinizi daha tez-tez yeməyə dəvət edin.
Sizə yaxşı təsir etməyən insanları həyatınızdan uzaqlaşdırın!
Stresdən şikayət edirsiniz? O zaman sizə bədbinlik aşılayan insanlardan uzaqlaşın.
Daha çox yatın
Yuxuya ehtiyac duyduğunuz günlərdə iş yerinizdən icazə istəyin. Yuxu bir ehtiyacdır!
Qüsurlarınızla barışın
Qüsurlarınız və sizi fərqləndirən əlamətlərinizi sevin!
Təbiətə qaçın…
İnsanların gəldiyi yerdə göydələnlər deyil, ağaclar var idi. Haradan gəldiyinizi xatırlayın, uzaqda olsanız belə təbiəti tez-tez ziyarət edin.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
05:34 / 06.02.2021
Stress atmaq üçün vacib məsləhətlər
Hazırda oxunan: Stress atmaq üçün vacib məsləhətlər
Hazırda oxunan: Stress atmaq üçün vacib məsləhətlər
10945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.