Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla Çin Dövlət Dəmir Yollarının rəhbərliyi arasında görüş keçirilib.
xa0
“Azərbaycan Dəmir Yolları”x9dndan Moderator.az-a verilən məlumata görə, görüş xa0Azərbaycanla Çin Xalq Respublikası arasında Dövlət Komissiyasının nümayəndə heyətinin tərkibində keçirilib.
xa0
Keçirilən görüşlərdə Azərbaycan Dəmir Yolları QSC-nin sədri C.Qurbanov çıxış edib. O, Azərbaycan Dəmir Yolunda həyata keçirilən yenidənqurma işləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin arasında start götürən konteyner daşımalarının vacibliyindən danışıb.
xa0
Görüşdə Çin Dövlət Dəmir Yolları ilə iki ölkə arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.




































































































