Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilərək N. Tusi adına Azərbaycan Pedaqoji Universitetinə birləşdirilməsini Moderator.az - a açıqlamasında şərh edib:
"Bu sərəncamı ürəkdən alqışlayıram. Bilirsiniz niyə? Oturduğunuz stolun ayaqlarını sayın. Mənim stolumun ayaqları 4 (dörd) dür. Onun 7 və ya 8 olmasının xeyri varmı? Yəqin ki, deyəcəksiniz yoxdur. Düz deyirsiniz, əlbəttə, yoxdur. Xırda universitetlərdə dəyərli professorlar (əgər varsa) cəmi bir və ya iki maqistrə dərs deyirdi. Tələbə qıtlığı var idi. 100 nəfərlərlə gənclərə çatası alim işığı 1 - 2 tələbəni işıqlandırırdı. Bir nəfər professora düşən tələbə sayı bizdə çox azdır. Xaricdə bu say 50 - 100 - dür. Alman filosofu Karl Yaspersə görə "Ali məktəblərin kütləvi yaradılmasından elmin elm kimi məhv olma tendensiyası başlayır". Bu fəlsəfi xa0fikrin açması uzun söhbətdir. Amma "Kamilləşən Düşüncə" kitabımda bu barədə də söhbət açılır".































































































