Nazirlik dərmanlarla bağlı vətəndaşlara müraciət etdi

Nazirlik dərmanlarla bağlı vətəndaşlara müraciət etdi

Hazırda oxunan: Nazirlik dərmanlarla bağlı vətəndaşlara müraciət etdi

108392
İqtisadiyyat və Sənaye Nazirliyi qiymətləri Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş dərman vasitələri ilə bağlı vətəndaşlara müraciət edib.
 
Nazirlikdən Moderator.az-a verilən məlumata görə,  Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərlə satışına nəzarət, habelə insanların həyat və sağlamlığına təhlükə yaradan malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədi ilə istehlak bazarında müayinə, müşahidə, baxış və s. formalarda tədbirlərini davam etdirir.

 
Nazirlik vətəndaşlara dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən baha satılması, keyfiyyətsiz və insan sağlamlığına təhlükə törədə biləcək malların satışı, süni qiymət artımı hallarına rast gəldikdə bu təsərrüfat subyektləri (ünvanları göstərilməklə) barədə operativ tədbirlərin görülməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (012) 498-15-01/04 nömrəli telefonlarla məlumat vermələrini tövsiyə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO