Türkiyənin Rusiya təyyarəsini vurması Azərbaycan cəmiyyətində ikitirəlik yaradıb. Bu məsələdə qardaş Türkiyənin yanında olanlar, onun sərhədini pozan rus təyyarəsini vurmasını doğru hesab edənlər çoxluq təşkil etsə də, bunu yanlış sayanlar da var.
Belə ki, məsələ ilə bağlı ictimaiyyətin qınaq obyektinə daha çox “525-ci qəzet”x9din baş redaktoru Rəşad Məcid və millət vəkili Aqil Abbas gəldilər. Rəşad Məcidin baş verən məlum hadisəyə görə Türkiyənin Rusiyadan üzr istəməli olduğunu söyləməsi və millət vəkili Aqil Abbasın da bu fikrə dəstək verməsi cəmiyyətdə birmənalı qəbul edilmədi. Fikri səsləndirənləri Rusiyaya işləməkdə suçlayıb, onları hətta “beşinci kolon”x9dnun nümayəndələri də adlandırdılar.
Vəkil Aslan İsmayılov bildirib ki, Türkiyə və Rusiya arasındakı son isti münasibətlərə nə qədər sevinirdisə, bu günlərdəki gərginliyə də o qədər üzülüb:
“Yüz illər göstərdi ki, ən çətin günümüzdə bizə qardaş, dayaq olacaq dövlət ancaq Türkiyə, başımıza gələn bəlanın isə əsas səbəbkarı Rusiya oldu. Buna baxmayaraq, istənilən normal insan kimi bütün, xüsusən bizə yaxın olan dövlətlərin yaxşı münasibətini arzulamışam. Həyatın mürəkkəbliyi, rəngarəngliyi və qəddarlığı da ondadır ki, bəzən seçim etməli və konkret münasibət bildirməli olursan. Loru dildə desək, "iki kresloda oturmaq" mümkün olmur. Bəziləri isə yenə mümkün olmayanı etmək istəyirlər”x9d.
A.İsmayılov qeyd edir ki, Aqil Abbasdan bu cür mövqe gözləsə də, Rəşad Məciddən gözləmirmiş”x9d.
Millət vəkili Fazil Mustafa "Türkiyə Rusiyadan üzr istəməlidir" fikrini məntiqsiz və yanlış yanaşma hesab etdiyini deyib. Dəfələrlə sərhədləri pozulan bir dövlətin başqa cür davranması çox çətindir. Rusiya Türkiyənin sərhədində müharibəyə başlayıb və əslində aylardır Türkiyəyə “gövdə”x9d göstərir. Əvvəl-axır bu qarşıdurma hansısa sərt dalana dirənəcəkdi...
Bununla belə, dərhal tolerant cəmiyyət olmadığımızı büruzə veririk. Artıq Rəşad Məcidlə Aqil Abbas oldu düşmən. Əks fikir söyləyiblər, xoşumuza gəlməyib, qane etməyib, vəssalam, dostluqdan çıxaraq, söyək, təhqir edək. Hədsiz dozalı vətənpərvərlik görəndə səmimiyyəti adamda şübhə doğurur. Fikirlərdəki niyyətlərə baxmaq daha doğru olardı, bəlkə kimsə gərginliyin Türkiyənin faydasına olmayacağını düşünərək bu cür açıqlama verib? Bu insanlara dərhal Rusiyanın adamı damğasını vurmağı doğru hesab etmirəm”x9d.
Məsələ ilə bağlı “Ədalət”x9d qəzetinin baş redaktoru, Aqil Abbasın həyat yoldaşı İradə Tuncayın da fikrini aldıq. İradə Tuncay “Yeni Müsavat”x9da açıqlamasında bildirdi ki, o, “Avrasiya İttifaqı”x9dnın tərəfdarıdır:
“Fikrim belədir ki, “Avrasiya İttifaqı”x9dnın tərəfdarıyam. Vəssalam. Bu sözün içərisində hər şey var. Bugünki siyasi müstəvini götürsək, təklikdə nə Türkiyənin, nə də Rusiyanın bu çətin zamanda baş saxlayacağına inanmıram. Bəzən insanlar deyirlər ki, filan yer dağılsın və biz yaxşı yaşayaq. Lakin dağıntının altında, xarabalıqda qalmaq məsələsi var. Bizə bu prosesdən hər bir halda salamat çıxmaq lazımdır. Böyük anlamda götürdükdə biz kiçik bir ölkəyik, azsaylı xalqıq. Birinci növbədə öz çıxarlarımızı düşünməliyik. Eyni zamanda bir məqam da var ki, nə qədər inkar etsək də, biz hər iki tərəfə bağlıyıq. Bəhs edilən iki ölkə arasında körpü rolunu oynayırıq. Məhz bu baxımdan deyirəm ki, “Avrasiya İttifaqı”x9dnın tərəfdarıyam. Bu ölkələr arasında yaşayan heç bir konfilikti ürək ağrısı ilə izləyə bilmirəm”x9d.
İradə Tuncay yuxarıda bəhs etdiyimiz Rəşad Məcid və Aqil Abbasa olan qınaq barəsində də fikir bildirib:
“Aqil Abbas orada nə deyib ki? O bildirib Rəşad Məcidlə razıdır ki, bu hadisə lazım deyildi. Yaxşı Rəşad nə demişdi? Rəşad da deyib ki, indiyə qədər bu ölkələr belə yaxınlaşmamışdı və biz ümidlə baxırdıq ki, bundan hansısa rasional xeyir olacaq. Həm bizə, həm də ümumiyyətlə, bölgədəki sülhə. Bir hərəkətlə bütün bu hadisələrin üstündən xətt çəkildi. İndi bu dəqiqə Rəşadı, Aqil Abbası düşmən etmək doğrudurmu?”x9d































































































