Bakı Metropoliteni işini adi günlərdəki kimi davam etdirir.
Bu barədə məlumatı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az-a açıqlamasında verib.
“Metropoliten işini adi günlərdəki kimi davam etdirir. Elə bir dəyişiklik yoxdur. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün heç bir təlimat verməmişik. Bizdə giriş-çıxış polis tərəfindən qorunur. Əlavə məlumatı onlardan almaq olar. Hər şey qaydasındadır”x9d.
Qeyd edək ki, bir müddət əvvəl Nardaranda yaşanan qarşıdurmadan sonra Bakı Metropolitenində mühafizə və təhlükəsizlik tədbirlərinin gücləndiyi barədə məlumatlar yayılmışdı.































































































