“Akademiyada yanğına qısaqapanmanın səbəb olduğu ehtimal edilir” - DSX 

“Akademiyada yanğına qısaqapanmanın səbəb olduğu ehtimal edilir” - DSX 

Hazırda oxunan: “Akademiyada yanğına qısaqapanmanın səbəb olduğu ehtimal edilir” - DSX 

108203

Dövlət Sərhəd Xidməti DSX Akademiyasının binasında baş verən yanğın barədə məlumat yayıb. 

DSX Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, Akademiyasının əsas korpusunda baş vermiş yanğın tam olaraq söndürülüb. 
 

MÖVZU İLƏ BAĞLI:

DSX-nin Akademiyasının binası yanır - VİDEO


Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb.

Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəyib. 

Yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO