Bakıda III Maliyyə və İnvestisiya Forumu işə başladı - FOTO

Bakıda III Maliyyə və İnvestisiya Forumu işə başladı - FOTO

Hazırda oxunan: Bakıda III Maliyyə və İnvestisiya Forumu işə başladı - FOTO

104636

“Baku Marriott Hotel Boulevard”da “Gələcək üçün yenilən” şüarı ilə  III Maliyyə və İnvestisiya Forumu öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, artıq III Maliyyə və İnvestisiya Forumunun spikerləri də bəlli olub.

“Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə III dəfə keçiriləcək forumda spikerlər “İnvestisiya strategiyaları”, “Vergi və hesabatlılıq”, “Maliyyələşmə strategiyaları” panelləri üzrə öz təcrübələrini iştirakçılarla bölüşəcəklər.



"Baker Tilly" şirkətində biznes məsləhət xidmətləri üzrə direktor Niyazi Abbasovun moderator olduğu "İnvestisiya Strategiyaları" panelində "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin direktor müavini Ruslan Xəlilov, "AzFinans İnvestisiya Şirkəti" QSC-nin direktoru İntiqam Səfərəliyev və Asiya İnkişaf Bankının (ADB) investisiyalar üzrə baş inzibatçısı Sənan Şabanov öz təcrübələrini bölüşəcəklər.
"Caspian Business Solution" şirkətinin təsisçisi Emin İsmayılovun moderatorluğu ilə baş tutacaq "Vergi və Hesabatlılıq" panelində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, "KPMG Azərbaycan" şirkətinin vergi xidmətləri üzrə direktoru Rizvan Qubiyev, "PwC Avrasiya" şirkətinin texnologiyalar üzrə baş meneceri Fərid Qattal, "Good Finance" şirkətinin direktoru Vüsal Səlimov və "Accounting.Az" konsaltinq şirkətinin direktoru Ramin Ramazanov çıxış edəcək.

Forumun III paneli Niyazi Abbasovun moderatorluğu ilə keçiriləcək.

“Maliyyələşmə Strategiyaları" panelində ADB-nin Özəl sektor əməliyyatları departamentinin investisiyalar üzrə baş mütəxəssisi David Urbaneja-Furelos, "AccessBank" QSC-nin İdarə Heyətinin üzvü İlkin Quliyev, SOCAR (Türkiyə) şirkətində neft emalı və neft kimya qrupunun maliyyə rəhbəri Elçin İbadov və "Azərbaycan Fintex Assosiasiyası"nın icraçı direktoru Azər Əkbərov maliyyə və investisiya sahəsinə aid fikirlərini bölüşəcəklər

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO