Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, sərəncamda deyilir:
1. Şəki şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
***
Prezidentin digər sərəncamı Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlıdır:
1. Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon, o cümlədən 12 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

































































































