Azərbaycanda xarici vətəndaşa dələduzluq edən şəxsin məhkəməsi başlayır

Azərbaycanda xarici vətəndaşa dələduzluq edən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Azərbaycanda xarici vətəndaşa dələduzluq edən şəxsin məhkəməsi başlayır

104199

Azərbaycanda xarici ölkə vətəndaşına qarşı dələduzluq etməkdə ittiham olunan Elgün Nadirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib. 

Yaxın günlərdə məhkəmə başlanacaq. 

Qeyd edək ki, Elgün Nadirov İran vətəndaşı Mirzaei Nejad Ojani Ghszalehə qarşı dələduzluq edib. Elgün Nadirovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO