Tovuzda maşın dirəyə çırpıldı – 1 ölü, 1 yaralı var

Tovuzda maşın dirəyə çırpıldı – 1 ölü, 1 yaralı var

Hazırda oxunan: Tovuzda maşın dirəyə çırpıldı – 1 ölü, 1 yaralı var

104159

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Hunanlar kəndində hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq kənardakı işıq dirəyinə çırpılıb. 

Hadisə zamanı sərnişin, 2002-ci il təvəllüdlü Vüsal Rzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Avtomobilin  sürücüsü, 1999-cu il təvəllüdlü Kənan İsmayılov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib,  vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO