Bakıda qadının qətlinin bəzi təfərrüatları məlum oldu - VİDEO

Bakıda qadının qətlinin bəzi təfərrüatları məlum oldu - VİDEO

Hazırda oxunan: Bakıda qadının qətlinin bəzi təfərrüatları məlum oldu - VİDEO

104129

Bakıda 47 yaşlı qadın küt alətlə öldürülüb.

Bizim.Media xəbər verir ki, dünən paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, qətlə yetirilən qadın 1975-ci il təvəllüdlü Kifayət İsayeva imiş. Qonşuların sözlərinə görə, ağır cinayətin törədildiyi mənzil kirayəyə verilibmiş.

Qadının onunla qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən öldürüldüyü iddia edilir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, Kifayət İsayevanı qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Hazırda həmin şəxsin tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı XƏZƏR TV-nin hazırladığı videomaterialı təqdim edirik.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO