Siyəzəndə 52 yaşlı piyadanı vuran sürücü hadisə yerindən qaçdı - YENİLƏNİB 

Siyəzəndə 52 yaşlı piyadanı vuran sürücü hadisə yerindən qaçdı - YENİLƏNİB 

Hazırda oxunan: Siyəzəndə 52 yaşlı piyadanı vuran sürücü hadisə yerindən qaçdı - YENİLƏNİB 

104022

Siyəzəndə mikroavtobusla vurulan piyadanın kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu, Siyəzən şəhər sakini, 52 yaşlı Oruc Xəlfə oğlu Bağırovdur.

Siyəzən Müalicə Dioqnostika Mərkəzinə yerləşdirilən piyadanı vuran miktoavtobusun sürücüsünün hadisə yerindən qaçdığı bildirilib.

Hazırda polis əməkdaşları həmin sürücünün tapılması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Qəza faktını Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

21.34***

Siyəzən rayonu ərazisində piyadanı avtomobil vurub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunun 102-ci km-də Siyəzən rayonu ərazisində "Sprinter"markalı avtobusla yolu keçən piyada vurulub.

Müxtəlif bədən xəsarətləri alan yaralı Siyəzən Müalicə-Dioqnostika Mərkəzinə çatdırılıb.

Yaralıya ilkin tibbi yardım edilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO