Beynəlxalq Tolerantlıq Günü münasibətilə təşkil olunan səfərdə İlahiyyat institutunun müəllim və tələbə kollektivi Qəbələnin tarixi –dini məkanlarına baş çəkib həmçinin Nic qəsəbəsində dini məbəd və Udi ocaqları ilə yaxndan tanış olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən İnstitutun müəllim-tələbə kollektivinin səfəri rayon Şəhidlər xiyabanını ziyarətlə başlayıb.
İnstitut kollektivi, həmçinin, Qəbələ şəhər məscidində olub. Qonaqlara məlumat verilib ki, məscid 2013-cü ildə Heydər Əliyev Fondunun sifarişi əsasında tikilərək istifadəyə verilib.
Daha sonra İnstitutun kollektivi Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” Alban-Udi kilsəsində və Müqəddəs Məryəm Ana kilsəsində, Yalavac məscidində də olub.
Qonaqlara hazırda dünyada 10 minə yaxın udinin yaşadığı barədə məlumat verilib.
Bildirilib ki, Nic qəsəbəsində altı mindən çox əhali yaşayır ki, onun da dörd mindən çoxunu udilər təşkil edir. Nicdə yaşayan udilər öz dillərini, dinlərini, adət-ənənələrini min illərdir qoruyub saxlayır. Çünki Azərbaycan dövləti digər azsaylı xalqlar kimi udilərin də öz milli kimliyini, folklor və mədəniyyətini qoruyub inkişaf etdirməsi üçün onlara bütün imkanları yaradıb.
Xüsusilə o da diqqətə çatdırılıb ki, qəsəbə məktəbində ibtidai sinif şagirdləri üçün udi dili tədris olunur. Bildirilib ki, hazırda onlar üçün daha bir məktəb inşa olunur.
Ali təhsil müəssisəsinin tələbə-müəllim kollektivinə qəsəbədə fəaliyyət göstərən iki kilsə haqqında danışılarkən nəzərə çatdırılıb ki, Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral məbəddir.
Kilsə Heydər Əliyev Fondu tərəfindən bərpa olunub və 2020-ci ilin noyabrında, Vətən Müharibəsinin başa çatması ərəfəsində udilərin istifadəsinə verilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:37 / 12.11.2022
İlahiyyat institutunun kollektivi Nic qəsəbəsində olub - FOTO
Hazırda oxunan: İlahiyyat institutunun kollektivi Nic qəsəbəsində olub - FOTO
Hazırda oxunan: İlahiyyat institutunun kollektivi Nic qəsəbəsində olub - FOTO
104006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.