Lənkəranda intihar hadisəsi olub.
Bizim.Media lent.az-a istinadən məlumat verir ki, hadisə Nərimanabad kəndində qeydə alınıb.
Kənd sakini, 42 yaşlı Ağayev Raqif Mirağa oğlu özünü asıb.
Onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.
Məlumata görə, R.Ağayev narkotik aludəçisi imiş. O, həm də rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olurmuş. Əvvəllər buna görə məhkum olunub-olunmadığı bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media