Bakıda 84 yaşlı piyadanı vuraraq öldürən

Bakıda 84 yaşlı piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü tutuldu

Hazırda oxunan: Bakıda 84 yaşlı piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü tutuldu

103782

İki gün əvvəl piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Valeh Məmişov idarə etdiyi "Bakubus"a məxsus 141 nömrəli marşrut avtobusu ilə piyada, 1938-ci il təvəllüdlü Qesabulla Dadayevi vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO