Ağalıya növbəti köçlə bağlı RƏSMİ AÇIQLAMA

Ağalıya növbəti köçlə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ağalıya növbəti köçlə bağlı RƏSMİ AÇIQLAMA

103623

Bu ilin sonuna qədər daha bir qrup ailənin də Ağalıya köçürülməsini planlaşdırırıq.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a müsahibəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Vahid Hacıyev bildirib ki, statistikaya görə, 1 508 nəfər Ağalı sakini Azərbaycanın müxtəlif regionlarında yaşayır:

“Onlardan, ən azı, 1 350 nəfəri qayıtmaq niyyətlərini bildiriblər. Ağalı kəndində birinci mərhələdə 200 evin inşası planlaşdırılıb. Bunlar yekunlaşandan sonra yeni evlər tikildikcə biz yenə də həmin insanların Ağalıya qayıdışını təmin edirik. Məsələn, 200 ev inşa olunub və əlavə 10 ev də tikilirsə, biz həmin 10 evə də sakinləri köçürürük. Bu proses mərhələli şəkildə həyata keçirilir və növbəti aylarda da bu proses davam edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO