
- A-
- A
- A+
Şəmkirdə mağazalardan oğurluq edən şəxs saxlanıldı – FOTO
Şəmkir rayonunda silsilə oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Mirpaşa Rəhimov həbs olunub.
Bizim.Media-nın yerli bürosunun DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o, cari ilin oktyabr ayında rayonun Dəllər qəsəbəsində yerləşən 3 mağazadan ümumi dəyəri 7610 manat olan nağd pul, kompyuter, mobil telefon və tütün məmulatlarını oğurlayıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































