Zəfər Günü münasibəti ilə

Zəfər Günü münasibəti ilə "Zirvəyə doğru" ekspedisiya təşkil olunub - FOTO 

Hazırda oxunan: Zəfər Günü münasibəti ilə "Zirvəyə doğru" ekspedisiya təşkil olunub - FOTO 

103471

Vətən müharibəsində qazanılan qələbənin ikinci ildönümü münasibətilə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının və media nümayəndələrinin iştirakı ilə “Zəfər zirvəsi”nə ekspedisiya təşkil olunub. 

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə alpinistlər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Şəhidlər xiyabanında ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar. 

"Zirvəyə doğru" adlı ekspedisiyanın iştirakçıları təyin olunmuş marşrut üzrə mürəkkəb relyefə malik dağlıq ərazini keçərək zirvəyə qalxıblar. 

"Zəfər zirvəsi"ndə ekspedisiyanın iştirakçıları Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO