Bayraq ordenli SENTYABR ŞƏHİDİMİZ – “Bu təltif indi bizə ən böyük təsəllidir”

Bayraq ordenli SENTYABR ŞƏHİDİMİZ – “Bu təltif indi bizə ən böyük təsəllidir”

Hazırda oxunan: Bayraq ordenli SENTYABR ŞƏHİDİMİZ – “Bu təltif indi bizə ən böyük təsəllidir”

103467

Zəfər günü ərəfəsində dövlət başçısı İlham Əliyevin təltif etdiyi şəhid hərbçilərin sırasında xaçmazlı baş gizir Elnur Rüstəmov da var.

Elnur Rüstəmov bu ilin sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində düşməni zərərsizləşdirərkən şəhid olub. 

33 yaşlı şəhidimizin Xaçmazın Əbilyataq kəndində yaşayan atası Faiq Rüstəmov da oğlunun döyüş xidmətlərini dəyərləndirən Ali Baş Komandana minnətdardır:

"Elnur böyük oğlum idi. Silahlı Qüvvələrin baş giziri idi. Prezident İlham Əliyev ölümündən sonra mənim oğlumu da Azərbaycan Bayrağı ordeni ilə təltif edib. Təşəkkür edirəm. Allah köməyi olsun. İndi bizim üçün ən böyük təsəlli bu orden və balamıdan qalan övlad əmanətləridir".

Qeyd edək ki, Elnur Rüstəmovun özündən sonra 3 aslan parçası kimi oğlu qalıb. Hazırda şəhidimizin ailəsi Sumqayıt şəhərində yaşayır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu





Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO