Ağdamda Zəfər Günü münasibətilə ATƏŞFƏŞANLIQ - FOTO/VİDEO 

Ağdamda Zəfər Günü münasibətilə ATƏŞFƏŞANLIQ - FOTO/VİDEO 

Hazırda oxunan: Ağdamda Zəfər Günü münasibətilə ATƏŞFƏŞANLIQ - FOTO/VİDEO 

103384

Ağdamda 8 noyabr - Zəfər Günü münasibəti ilə atəşfəşanlıq təşkil edilib.  

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, Quzanlı qəsəbəsi  Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan atəşfəşanlığa qazilər və müharibə iştirakçıları da tamaşa edib.  

Daha sonra rayon rəhbəri Vaqif Həsənov qazilərlə görüşüb, onları bir daha Zəfər Günü münasibətilə təbrik edib.  

Cəlilabad rayonundan tədbirə qatılan qazi Polkovnik-leytenant Kamil Duniyev müharibə günlərində Ağdam sakinlərinin orduya göstərdikləri maddi və mənəvi dəstəklərdən danışaraq özü və döyüş yoldaşları adından hər kəsin bayramını təbrik edib.  

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO