Gəncədə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb 

Gəncədə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb 

Hazırda oxunan: Gəncədə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb 

103374

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin mərkəzi küçələrindən birində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.  

Qəza nəticısində xəsarət alan 2001-ci il təvəllüdlü Əşrəf Abbasov, 1962-ci il təvəllüdlü Qabil Ələkbərov, 2003-cü il təvəllüdlü Həsən Əsgərov və 2006-cı il təvəllüdlü Sübhan Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.  

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilib. 

Faktla bağlı araşdırma aparılır.  

Məqsəd Rəhimov Bizim. Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO