Xaçmazda şəhidlərin xatirəsi anıldı - FOTO

Xaçmazda şəhidlərin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Xaçmazda şəhidlərin xatirəsi anıldı - FOTO

103314

Vətən Müharibəsində  46 igid oğlunu qurban verən Xaçmaz rayonunda Zəfər bayramı təntənə ilə keçirilib.

Bizim.Media xəbər verir ki, rayon rəsmiləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri, hərbçilər, sakinlər Şəhidlər Xiyabanında bu tarixi qələbəni Azərbaycan xalqına nəsib edən şəhidlərin Xatirə kompleksini ehtiramla yad edib, kompleks önünə əklil qoyulub, tər güllər düzülüb.

Xaçmaz RİH başçısı Elnur Rzayev Şəhidlər Xiyabanında şəhid ailələri ilə söhbətləşib, bu Zəfərdə onların xüsusi payı olduğunu qeyd edib.

Son günlər səhhətində problem olan Vətən Müharibəsi şəhidi Davud Hacıyevin anası Validə Hacıyeva ilə görüşən rayon rəhbəri ona sağlamlıq arzulayıb, yanında olduğunu bildirib.
Sonra Xaçmazın Niyazabad kənd yolunda 46 Vətən Müharibəsi şəhidinin xatirəsinə 46 ağac əkilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO