"Bakı Metropoliteni"nin Xocəsən qəsəbəsində ikinci elektrik deposu və yerüstü stansiyası istismara hazırlanır.
Bu barədə Bizim.Media-ya "Bakı Metropolteni" QSC-dən bildirilib.
Məlumata görə, hazırda sınaq, həmçinin abadlaşma işləri aparılır.
Qeyd edək ki, "Xocəsən" metrostansiyası Bənovşəyi xəttə daxildir. Bundan əvvəl sözügedən xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” stansiyaları istifadəyə verilib.
2011-ci ildə “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edilib. Bu sənədə görə perspektivdə Bakı metropoliteninin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 77 stansiyadan, 6 elektrik deposundan və 120 km-ə yaxın xətlərdən ibarət olmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:28 / 06.11.2022
Metronun "Xocəsən" stansiyası istismara hazırlanır
Hazırda oxunan: Metronun "Xocəsən" stansiyası istismara hazırlanır
Hazırda oxunan: Metronun "Xocəsən" stansiyası istismara hazırlanır
103074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.