Qaxda bacısını qətlə yetirən şəxs tutuldu

Qaxda bacısını qətlə yetirən şəxs tutuldu

Hazırda oxunan: Qaxda bacısını qətlə yetirən şəxs tutuldu

102921

Qaxda bacısını qətlə yetirən şəxs tutulub. 

Bu barədə Bizim.Media-ya rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, noyabrın 4-ü saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. 
Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO