Şəki xan sarayını bu dəfə \

Şəki xan sarayını bu dəfə \"Bir saray bələdçisinin qeydləri\"ndən TANIYAQ - FOTO

Hazırda oxunan: Şəki xan sarayını bu dəfə \"Bir saray bələdçisinin qeydləri\"ndən TANIYAQ - FOTO

102839

Dünya memarlıq incisi Şəki Xan sarayı haqda kitab nəşr olunub. "Bir saray bələdçisinin qeydləri" adlı kitabın müəllifi Yuxarı Baş Tarix-Memarlıq qoruğunun nəzdindəki Şəki xan sarayının bələdçisi Zəminə Rəsulovadır.  

Bu barədə Bizim.Media–nın yerli bürosuna Yuxarı Baş Tarix-Memarlıq qoruğundan məlumat verib.  

Mədəniyyət Nazirliyinin əmri ilə təsdiq olunmuş Nəşr Planın Tərtibi və Nəşriyyat Materiallarının Satınalınması üzrə Komissiyanın qərarına əsasən 500 tirajla çap edilən kitabda Şəki Xan sarayı haqqında geniş məlumat yer alır. 

Kitabda Şəki Xan sarayının tarixi, daxili və xarici dekorasiyası haqqında bələdçinin dilindən ətraflı məlumat verilir, divar rəsmlərinin rəmzi mənaları mifologiya və folklor əsasında izah edilir.

Müəllif kitabda illər ərzində topladığı təcrübəyə əsaslanaraq turistlərin verdiyi suallara cavab verməyə çalışır, Şəki Xan sarayının gizli sirlərini açır.  Kitabda həmçinin Şəki Xan sarayına aid çoxlu sayda fotolar, arxiv fotoları, sarayda çəkilmiş kinofilmlərin adları daxil edilib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO