Mədəniyyət Nazirliyinin həbs olunan şöbə müdiri nədə İTTİHAM OLUNUR?

Mədəniyyət Nazirliyinin həbs olunan şöbə müdiri nədə İTTİHAM OLUNUR?

Hazırda oxunan: Mədəniyyət Nazirliyinin həbs olunan şöbə müdiri nədə İTTİHAM OLUNUR?

102775

Bir neçə gün əvvəl həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun nədə ittiham olunması məlum olub. 

Bizim.Media xəbər verir ki, nazirliyinin şöbə müdiri xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. 

Apa.az-ın məlumatına görə, İlkin Nəsibova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib. 

Qeyd edək ki, İlkin Nəsibov Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 
Onu da qeyd edək ki, əməliyyat zamanı mədəniyyət nazirini birinci müavini Elnur Əliyevin də istintaqa cəlb olunub. Lakin onun barəsində hər hansı bir qətimkan növünün seçilməsi ilə bağlı məlumat yoxdur. 

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO