Qəbələdə məktəb binası YANIB 

Qəbələdə məktəb binası YANIB 

Hazırda oxunan: Qəbələdə məktəb binası YANIB 

102699

Qəbələnin Soltannuxa kənd məktəbində baş verən yanğın söndürülüb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd bələdiyyəsindən məlumat verilib. 

Bildirilib ki, bu gün məktəbin sinif otaqlarından birində tüstülənmə və sonradan döşəmədə alovlanma qeydə alınıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qəbələ yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib, bir neçə dəqiqə ərzində yanğın lokallaşdırılıb. Yanğın baş verən sinif otağının ümumi sahəsi 26 kvadratmetrdir və onun 10 kvadratmetrə yaxın döşəməsi zərər görüb.  
Sinif otağının eləcə də məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğının hansı səbəbdən baş verməsi istiqamətində hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.  

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO