Qarabağda işləyən mütəxəssislərə yüksək maaş və əlavə məzuniyyət veriləcək

Qarabağda işləyən mütəxəssislərə yüksək maaş və əlavə məzuniyyət veriləcək

Hazırda oxunan: Qarabağda işləyən mütəxəssislərə yüksək maaş və əlavə məzuniyyət veriləcək

102584

Azad edilən ərazilərdə işləyən mütəxəssislər yüksək maaş alacaqlar.

Bizim.Media xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən ediləcək.
Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunacaq.

Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət veriləcək.

Dəyişiklik layihələri qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO