
- A-
- A
- A+
Cəmiyyət
20:05 / 02.11.2022
Xaçmazda dəm qazından boğulan şəxsin KİMLİYİ BİLİNDİ - YENİLƏNİB
Hazırda oxunan: Xaçmazda dəm qazından boğulan şəxsin KİMLİYİ BİLİNDİ - YENİLƏNİB
102508
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xaçmazın Yergüc kəndində dəm qazından boğulan şəxsin kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu, kənd sakini, 50 yaşlı Dadaşova Validə Rəsul qızıdır.
Onun yaşadığı evin hamamında dəm qazından zəhərlənərək öldüyü deyilir.
Xaçmaz rayon prokurorluğu faktla bağlı araşdırmaya başlayıb.
19.46
Xaçmazda dəm qazından boğulub ölən var.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Yergec kənd sakininin hamamda dəm qazından boğulduğu deyilir.
Hazırda mərhumun meyitinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətiriləcəyi bildirilir.
Boğulan şəxsin kimliyi dəqiqləşdirilir.
Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































