Qubada radikal və ekstremist dini cərəyanların təsiri MÜZAKİRƏ EDİLİB – FOTO 

Qubada radikal və ekstremist dini cərəyanların təsiri MÜZAKİRƏ EDİLİB – FOTO 

Hazırda oxunan: Qubada radikal və ekstremist dini cərəyanların təsiri MÜZAKİRƏ EDİLİB – FOTO 

100195

Qubada "Radikal və ekstemist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda tədbir keçirilib.  

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, rayonun İkinci Nügədi kəndindəki "Hacı Seyid Siracəddin"məscidində baş tutan tədbir Quba rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi ilə birgə hazırlanıb. 

Seminarda qeyd edilən qurumların məsul şəxsləri, sakinlər, ziyalılar, gənclər iştirak edib. 

Gənclərə dini dəyərlərimizə zidd yad təsir və eksremist, radikal cərəyanlardan uzaq olmaq tövsiyə edilib. 

Tədbirdən əvvəl Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin hazırladığı "Vətən naminə" filmi nümayiş olunub.  

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO