Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət  - FOTO/VİDEO

Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət - FOTO/VİDEO

Hazırda oxunan: Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət - FOTO/VİDEO

97493
Bir neçə gün öncə Sumqayıtdakı 39 - cu məhəllədə yerləşən, əsasən kənd təsərrüfatı məhsullarının satıldığı yarmarka elə bir ciddi səbəb olmadan qapadıldı. Şəhərdəki digər “bər - bəzəkli”x9d bazarlardan fərqli olaraq, burada qiymətlər çox sərfəli idi. Belə ki, kəndçi məhsulunu hansısa “bazar dəllalı"nın toruna düşmədən bu yarmarkada sərbəst satır, müştəri isə sərf eləyən qiymətə alırdı. Bu günlərdə şəhərin ən çox kasıb təbəqəsinin üz tutduğu bazar narazılıqlara baxmayaraq ləğv edildi. 
Bu da təbii olaraq böyük narazılıqlara gətirib çıxardı. Alıcı və satıcıların özlərinin də dediyi kimi, nə oldusa, kasıba oldu. Sözügedən bazarı qapatmamışdan öncə, müvəqqəti də olsa kənd təsərrüfatı məhsullarının ucuz satışı üçün hər hansı bir yer müəyyən etmək olardı. Görünür, bu, heç də bu hökmü verənlərə sərf etmir. Əlləri hər yerdən üzülən  satıcılar bu gün həmin yarmarkaya yaxın olan 8 mikrorayonun ərazisinə səpələnib, məhsullarını satmaq zorunda qalıblar. Hal - hazırda binaların arasında şıdırğı alver və “döyüş”x9d gedir. Belə ki, xırda məmurlar bu kasıb təbəqənin nümayəndələrini burda da rahat buraxmırlar. Natiq Ramazanov adlı satıcının bildirdiyinə görə, burda qanunsuz (?!) alver etdiyi üçün polislər(?) tərəfindən 81 AZN “cərimə”x9d edilib. Ətrafda da bir neçə satıcı həmin məmurların qəzəbinə tuş gələrək iri məbləğdə qanunsuz olaraq cərimə olunublar. O cümlədən yol polisləri əsas olmadan onları incidir, məhsul gətirdikləri maşınlarını cərimə meydançasına aparacacaqları ilə hədələyirlər. Təzə “yem yeri”x9d tapan həmin polislər vətəndaşlarla çox kobud rəftar edirlər. Məqsəd və niyyətləri isə hər kəsə aydındı.  

Moderator.az-ın əməkdaşı bu gün həmin biabırçı mənzərənin şahidi olub. Onun “mikrorayon-yarmarkada”x9d lentin yaddaşına köçürdüyü “tarixi”x9d görüntüləri oxucularımıza təqdim edirik.
                   
Namiq

Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət <i style= - FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8012.jpg">Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət <i style= - FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8013.jpg">Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət <i style= - FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8014.jpg">Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət <i style= - FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8015.jpg">Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət <i style= - FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8016.jpg">Sumqayıtın 8-ci mikrorayonunda fövqəladə vəziyyət <i style= - FOTO/VİDEO" src="//old.moderator.az/fotobaza/original/8017.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO