Ermənilər Yusif Məmmədəliyevin

Ermənilər Yusif Məmmədəliyevin "Nobel" almasına necə mane oldu?

Hazırda oxunan: Ermənilər Yusif Məmmədəliyevin "Nobel" almasına necə mane oldu?

119376
Moderator.az saytı ayrı-ayrı vaxtlarda Nobelin bir addımlığında olsalar da onu əldə edə bilməyən iki azərbaycanlı alim barədə materialı təqdim edir.xa0

Əli Cavan:xa0

Qaz lazerinin atası hesab olunan Əli Cavan dünya elmində Şərqin Eynşteyni kimi ad qazanmışdı. Onun ABŞ-ın Massaçusets Universitetində lazer texnologiyaları istiqamətində gördüyü işlər bu sahədə əsl inqilaba səbəb oldu. O zaman dünya elmi lazer texnologiyası nəzəriyyələrinin inkişafına xüsusi diqqət edirdi.xa0

Dünya fizikləri sanki xa0yarışa çıxırdılar. Başqa üç böyük fizik Tauns, Prохоrоv, xa0Basоv ilk olaraq bu ideyanı həyata keçirməyə müvəffəq оldular. Оnlar bu işlərinə görə xa01964-cü ildə Nоbel mükafatına layiq görüldülər. Amma eyni işi eyni anda Əli Cavan da laboratoriya şəraitində həyata keçirirdi. Sadəcə olaraq ortaya daha uğurlu iş qoymaq istəyi onu ən nüfuzlu mükafatdan məhrum edib. Çünki o üç alim ilki öz adlarına çıxara bildilər. Amma Əli Cavan da öz prinsipinə sadiq qaldı. Dünya alimləri bu həqiqəti bilirdi. Bilirdilər ki, üç alimin Nobel qazanmasından düz yeddi il əvvəl, yəni 1957-ci ildə Əli Cavanın “Physical Reviw”x9d xa0jurnalında üçsəviyyəli mazer sistemləri barədə nəzəri məqaləsi dərc edilib.xa0

Ancaq etiraf etmək lazımdır ki, bu gecikmədə alimin öz səhvi də az olmayıb. Çünki o dönəmlər idi ki, artıq xüsusi kəşfiyyat orqanları az qala çiyin-çiyinə “eyni partanın arxasında”x9d otururdu. Elə bu gizli orqanlar da ABŞ-ı təmsil edən alimimizin işindən xəbər tutaraq sovet alimlərinin əsas pay sahibi olduğu elmi nəzəriyyəsnin daha tez parlamasına şərait yaratdılar. Nobel komitəsinə hansı işin daha tez görüldüyünü başa salmaq artıq çox gec idi. Nobel əldən getmişdi. Buna baxmayaraq Əli Cavan bu gün dünyanın yaşayan 12-ci dahisidir.xa0

Yusif Məmmədəliyev:xa0

Heç bir təqdimata ehtiyacı olmayan akadmeik Yusif Məmmədəliyevin Nobelin bir addımlığında ola-ola qazana bilməməsinin səbəbkarı özü olmadı. Bu hər zaman Azərbayacana qarşı soyuq silah kimi işləmiş erməni məkrinin hiyləsi nəticəsində baş tutmadı.

Onun yüksək xa0elmi nailiyyətlərin yekununda xa0mütləq Nobel mükafatı gəlməli idi. xa0Moskva, Leninqrad, Novosibirsk və Bakı elmi dairələri Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyini təklif edirlər. Əslində, Nobel Komitəsinin tövsiyəsinə görə alimlər öz təkliflərini açıqlamamalı, heç bir yerdə müzakirə etməməlidirlər. Hətta namizədin özünün belə bundan xəbəri olmamalıdır. Lakin sovet rejimində bu qaydaya riayət etmək mümkün deyildi. Odur ki, həmin məsələ 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasına müzakirəyə çıxarılır. Baş katib Nikita Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəlirlər. Bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxır. MK katibliyinin təqdim etdiyi məktubda sovet ordusunun arxa təchizat idarəsinin rəisi marşal Baqramyan, tank qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu kəşfə dair məlumatın Stokholma göndərilməsini məsləhət görmürlər. Dövlət Təhlükəsizlik Komitəsinin sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, A.Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırır və onları dəstəkləyir.

Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.

Elmin NURİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO