Moderator.az xəbər verir ki, VİP sədri Əli Əliyev ölkədəki mövcud vəziyyəti şərh edib:
“2016-cı
ilin bütün vətəndaşlarımız üçün çətin olacağı şübhə doğurmur. Artıq
insanlar yeni iqtisadi şərtlərin təsiri altına düşüblər. Bütün səviyyələrdə ən
populyar kəlmə devalvasiya, ən məşhur rəqəm 1.55-dir. Baş verənlərdən aydın
görünür ki, cəmiyyətin hərəkətverici qüvvəsi iqtisadiyyatdır. Neft 120$-a
satılanda susan əhali, bu gün narahatlığını gizlədə bilmir. Cəmiyyətin bütün
spektrinə aid olanların verdiyi ən tez rastlanan sual-"Necə olacaq?"
sualıdır. Hadisələr başlayan zaman "sadəlöhvcəsinə" hökümətə yazdığım
məqalədə təkliflərimi irəli sürmüşdüm. 2 həftə ərzində mətbuat və sosial şəbəkələrdə
müxtəlif iqtisadçı və siyasilər tərəfindən də verilən tövsiyələri diqqətlə izləyirəm.
Lakin maraqlı və təəccüblüsü odur ki, hakimiyyətin davranışlarında heç bir dəyişiklik
nəzərə çarpmır. Lap el misalındakı kimi- " Çax-çax başın ağrıdır, dəyirman
bildiyini edir".
İki həftəlik
müşahidələrdən sonra bildiyim bir qanunauyğunluq təsəvvürlərimdə netləşdi. Mövcud
hakimiyyətin gücü bu illər ərzində formalaşmış iqtisadi münasibətlərdir. Ölkədə
yaranmış siyasi tablo, məhz bərqərar olmuş adı çəkilən münasibətlər sisteminin
inikasıdır. Divin canı şüşədə olduğu kimi, YAP iqtidarının da cövhəri tətbiq
edilən feodal iqtisadi sistemdədir. Nədir bu sistemin mahiyyəti? Hakimiyyətə
"təhlükə" mənbəyi Azad İnsandır. İqtisadi buxovu olmayan fərd Azad
Düşüncə daşıyıcısı ola bilər. Azad İnsanlar yaşatdığı sərbəst ideyalar cəmiyyəti
maarifləndirə, irəli daşıya bilər. Azad İnsan yalnız liberal bazar sisteminə malik demokratik cəmiyyətlərdə
formalaşa bilər. İnkişaf etmiş bütün dövlətlərin hərəkətverici qüvvəsi belə
münasibətlər, subyekti isə Azad İnsandır. Avtoritar quruluşlarda hakim kəsilən
feodal düşüncə, apreore Azadlığı məvhum olaraq inkar edir, bacardıqca məhv etmək
üçün əlindən gələni əsirgəmir. Biz bu feodal düşüncənin əsiriyik. Hakimiyyətin
iqtisadi və maliyyə böhranı ilə əməli mübarizə aparmasını mümkünsüz görürəm.
İlk devalvasiyadan bu günə 10 ay vaxt keçməsinə baxmayaraq, vəziyyətin dəyişməsi
üçün konkret heç bir addım atılmayıb, atıla da bilməz. Çünki hakimiyyətin
qorunması, idarə edən komandanın ümdə vəzifəsidir. İzafi neft pulları
olmadıqda, vəziyyətin dəyişməsi, yəni islahatlar, normal iqtisadi müstəviyə
keçidi nəzərdə tutur ki, bu da bir müddətdən sonra cəmiyyət üzərindəki iqtisadi,
onun davamı ilə maliyyə nəzarətinin və nəticədə siyasi hakimiyyətin itkisinə səbəb
olacağı şübhə doğurmur. Amma hakimiyyətin 2 ziyanlı seçim ssenarisinin birini
seçmək məcburiyyəti vardır:
1. Ölkə
normal, düşünülmüş iqtisadi islahatlara gedir, hakimiyyətlə cəmiyyət arasında
konsensus əldə edilir, davamı ilə siyasi islahatlara start verilir;
2. Bu gedişat daha təhlükəli və ziyanlı perspektiv kimi dəyərləndirilməlidir. Hakimiyyət heç bir yumşaldıcı addım atmır, dünya ilə "Biz heç kəsdən qorxmuruq" fəlsəfəsi ilə davranır, cəmiyyətə sabitləşdirici alternativlər çıxarmır. Belə inkişaf xətti Dövlətin mövcudluğunu şübhə altına alan davranış ola bilər. Hakimiyyətdəki azsaylı bir təbəqə cinayətlərini ört-basdır üçün, bu trayektoriyaya meylli ola bilər. Neftin qiymətinin artım ehtimalı mövcud olmadığından, ilk növbədə Dövlətin müqəddaratına cavabdeh olanlar ciddi düşünməli, şəxsi maraqlarını kənara qoyub, ictimai çıxarları göz önünə almalıdırlar. Ölkədə ciddi və köklü iqtisadi islahatlar aparılmasa, yuvarlandığımız iqtisadi yarğandan çıxmamız qeyri-mümkündür. Bununla paralel, beynəlxalq müstəvidə yaranmış real təhlükələrə qarşı addımların da atılması suverenliyimizin qorunma şərtləridir. Neftin qiyməti bu gün 35$-dan aşağı olub. Bu ilki büdcədə qara qızılın barreli 50$-dan hesablanıb”x9d.




























































































