“Veto hüququna malik dövlətlər Təhlükəsizlik Şurasının genişləndirilməsini istəmir”x9d

“Veto hüququna malik dövlətlər Təhlükəsizlik Şurasının genişləndirilməsini istəmir”x9d

Hazırda oxunan: “Veto hüququna malik dövlətlər Təhlükəsizlik Şurasının genişləndirilməsini istəmir”x9d

102793

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Təhlükəsizlik Şurasının tərkibinin dəyişdirilməsi və daha da genişləndirilməsi təklifi ilə çıxış edib.

Məlumat üçün qeyd edək ki, bugünə qədər bəzi dövlətlərin siyasi lideləri də BMT-də islahatların həyata keçirilməsinin vacibliyini qeyd etmiş, Təhlükəsizlik Şurasına üzv dövləltərin veto hüququnun aradan qaldırılmasının vacibliyinə toxunmuşdur.

Maraqlıdır, Təhlükəsizlik Şurasınn tərkibinin dəyişdirilməsinə, bu dövlətlərin veto hüququndan məhrum edilməsinə ehtiyac varmı? Bu tərkibin dəyişdirilməsinə məhz İslam faktoru baxımından yanaşmaq, Təhlükəsizlik Şurasının tərkibinə müsəlman dövlətlərinin də daxil edilməsini şərt kimi irəli sürmək doğrudurmu?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə təklifin ədalətli olduğunu düşünsə də, bunun reallaşması üçün müsəlman dövlətlərinin yetərincə birliyə malik olmadığı qənaətindədir: “Ərdoğanın bu təklifi müsəlman dünyasını gücləndirmək, onun nüfuzunu artırmağa hesablanıb. Lakin öncə baxıb görək, hansısa müsəlman dövlətinin BMT-nin Təhlükəsizlik Şurasına daxil edilməsi mümkündürmü? Əgər müsəlman dövlətlərinin vahid siyasəti, vahid məqsədi olsaydı, o zaman hansısa güclü müsəlman dövlətinin Təhlükəsizlik Şurasına daxil edilməsi ağlabatan olardı. Lakin bu gün hər kəs bilir ki, müsəlman dövlətlərinin vahid iradəsi, vahid hərəkət dəsti-xətti yoxdur. Onlar bir-birlərini qırmaqla, bir-birlərinin ayağının altını qazmaqla məşğuldur. Vahid siyasət olmayan yerdə hansısa müsəlman dövlətinə vahid şəkildə dəstək verərək onu Təhlükəsizlik Şurasında təmsilçiliyinə nail olmaq mümkündürmü? Bu, Azərbaycan siyasətindəki oxşar məqamı yada salır. Müxalifət  vahid mövqedən çıxış etmədiyi, birlik ortaya qoymadığı halda vahid namizəd axtarışına çıxır. Halbuki, belə bir situsiya və ortamda vahid namizədin tapılması, hansısa şəxsin üzərində hamılıqla durulması mümkün deyil”x9d.

Z.Əlizadənin sözlərinə görə, hazırda Təhlükəsizlik Şurasının öz işinin öhdəsindən gəlmədiyi, yalnız üzv dövlətlərin maraqlarıma uyğun qərarlar qəbul etdiyi göz önündədir:

“Şübhəsiz ki, bu gün Təhlükəsizlik Şurası BMT nizanaməsində yer alan müddəalara xidmət etmək iqtidarında deyil. Bu gün Təhlükəsizlik Şurası daha çox müzakirə klubunu xatırladır. Nadir hallarda böyük dövlətlərin razılaşdırılmış iradəsi həyata keçirilir. Bu zaman təbii ki, kiçik dövlətlərin rəyi nəzərə alınmır. Bunun nümunəsini İraqda da, Suriyada da, digər ölkələrdə də gördük. SSRİ vaxtiylə Əfqanıstana hərbi müdaxilə edəndə Təhlükəsizlik Şurası bununla bağlı müvafiq qərar çıxarda bilmədi. Çünki SSRİ bu məsələdə öz veto hüququndan istifadə etdi. İsrail dövlətini faşist-sionist dövlti elan edən qərara bütün dövlətlər səs verdi, lakin bir tək ABŞ veto qoymaqla bu qərarın qəbul edilməsini əngəllədi. Indi soruşuram, veto hüüuqu olan və bu hüquqa maliklikdən xeyli məmnunluq duyan, bundan öz maraqlarının müdafiəsi üçün istifadə edən, II Dünya müharibəsində iştirakı hesabına bu hüququ qazanan dövlətlər veto hüququndan imtina etməyə razı olarlarmı? Əlbəttə, olmazlar. Veto hüququnun aradan qaldırılması üçün hansısa bir qərar qəbul edilməlidir. Veto hüququna malik dövlətlər isə belə bir qərarın qəbul edilməsinə əsla imkan verməyəcək. Ola bilsin ki, veto hüququna malik dövlətlərdən hansısa biri qərara qədər veto hüququnun ləğvinə tərəfdar olduğunu söyləsin. Necə ki, bu gün belə bir mövqeyi Fransa dövləti ortaya qoyub. Fransa ona görə bu cür təkliflə çıxış edir ki, bu təklifin keçməyəcəyindən əmindir. Sadəcə, bu cür təklif səsləndirməklə siyasi xal qazanır. Əgər sabah məsələ konkretləşsə və bu məsələ ilə bağlı qərar vermək lazım gəlsə, əminəm ki, veto hüququna malik dövlətlərin hamısı yekdilliklə bunun əleyhinə çıxacaq”x9d.

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO