Paşinyanın 3 sərhəd nəzarət-buraxılış məntəqəsi təklifinin arxasındakı GİZLİ MƏQAM – Qabil Hüseynli ŞƏRH EDİR

Hazırda oxunan: Paşinyanın 3 sərhəd nəzarət-buraxılış məntəqəsi təklifinin arxasındakı GİZLİ MƏQAM – Qabil Hüseynli ŞƏRH EDİR

89405

Ermənistan hökuməti Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açılması barədə layihə hazırlayıb. Bunlar Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq. 
Maraqlıdır, İrəvan niyə məhz adı çəkilən sözügedən ərazilərdə nəzarət-buraxılış məntəqələri yaratmağa üstünlük verib? Hansı amillər burada öz sözünü deyib?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirir ki, İrəvanın həmin addımı Laçın koridoruna alternativ yolun əhəmiyyətini azaltmaq, burada da sərhəd-keçid məntəqəsinin qurulmasına əngəl olmaq məqsədi daşıyır:

“3 istiqamətdə nəzarət-buraxılış məntəqəsinin yaradılması ideyası da həmin manevrlərin tərkib hissəsidir. Belədə ermənilər həm Azərbaycanı qabaqlamağa çalışır. Bununla İrəvan dünya ictimai rəyinə guya həm də münasibətləri normallaşdırmaq təşəbbüsündə olduqlarını göstərmək istəyir. “Ayının min oyunu var, o da bir armudun başında”. Ermənilər hər vasitədən istifadə etməklə Laçın koridoruna alternativ tikilən yolun əhəmiyyətini azaltmaq, burada sərhəd-keçid məntəqələrinin qurulmasına maneə olmaq üçün müxtəlif manevrlərə əl atır”.  

Bununla yanaşı, həmsöhbətimiz Qubadlı, Sədərək və Kəlbəcər üzrə keçid məntəqələrinin olmasını da zəruri hesab edir:

“Onlar sovet dönəmindən mövcud olan ənənəvi keçid yollarıdır”. 

Bu fonda politoloq qeyd edir ki, Azərbaycan öz növbəsində Ermənistanla Xankəndi arasında çəkilən yola da sərhəd-keçid məntəqəsi statusunun verilməsini təklif etməlidir:

“Bu gün olmasa da sabah həmin addım mütləq reallaşacaq. İrəvanın mövqeləri bu cür müəyyənləşdirməsinin bir məqsədi var, o da Azərbaycanın bu istiqamətdə niyyətlərini qabaqlamaqdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO