“Ermənistan Türkiyə ilə danışıqlarda səmimi deyil” - Amerikalı ekspert gizlinləri açdı 

Hazırda oxunan: “Ermənistan Türkiyə ilə danışıqlarda səmimi deyil” - Amerikalı ekspert gizlinləri açdı 

76570

“Azərbaycan Avropa İttifaqının geostrategiya, iqtisadi inteqrasiya və sənayeləşmə sahələrində Avropanın ən mühüm ölkəsidir”.  

Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında amerikalı politoloq, beynəlxalq əlaqələr üzrə ekspert Piter Teys deyib. 

Ekspertin fikrincə, ABŞ-ın strateji hədəfləri Türkiyə ilə Ermənistan arasında siyasi münasibətləri normallaşdırmaqdır:  

“Bu, Ermənistan və Azərbaycan arasında sülh dialoqunun və ikitərəfli müzakirələrin nəticələrinin başlanğıcı olacaq. Regionda davamlı sülhün yaranması üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına gəlincə isə ekspert bildirib ki, Türkiyə Cümhuriyyəti NATO Alyansının və Avropanın müdafiə sənayesinin gücləndirilməsi sahəsində çox mühüm dövlətdir və dünyanın iyirmi ən böyük iqtisadiyyatından biridir”.  

“Türkiyə bəzi aspektlərdə Rusiya və böyük ərazi ölçülərinə malik digər dövlətlərin həsəd apardığı geosiyasi əhəmiyyət kəsb edir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Avropa, Asiya və Latın Amerikasında nüfuzu artan bir dövlətə çevrilib. Ankara öz silahlı qüvvələrinin təsirli gücünə malikdir və Ermənistanla münasibətləri normallaşdırmaq üçün bütün Avropada aparılan diplomatik səylər təqdirə layiqdir”. 

Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından Rusiyanın da faydalana biləcəyini deyən politoloq  əlavə edib ki, hazırda Ermənistanda iqtisadi tənəzzül və işsizlik hökm sürür:  

“Ankara ilə Yerevanın münasibətlərinin normallaşdırılması Ermənistan, Rusiya, Azərbaycan və Türkiyənin biznesinə xeyir verə biləcək qarşılıqlı faydalı addım olardı. Lakin mən Ermənistanın Türkiyə  ilə danışıqlar masasında səmimi iştirak etdiyinə inanmıram. Hesab edirəm ki, bu onillik başa çatdığı və Ermənistanın indiki biçarə vəziyyətində qalan hərbi-siyasi  rejimi getdiyi zaman ikitərəfli dialoq baş tutacaq”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO