Ermənistanda seçkinin nəticələri ləğv oluna bilərmi? – ƏMR Moskvadan gəlib...

Hazırda oxunan: Ermənistanda seçkinin nəticələri ləğv oluna bilərmi? – ƏMR Moskvadan gəlib...

26064

İyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ətrafında davam edən qalmaqallar bitmək bilmir. Seçimlərdə Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” blokunun böyük fərqlə qələbə qazanması, müxalifət tərəfindən xəyal qırıqlığı ilə qarşılanıb.

Paşinyanın əsas rəqibləri hesab olunan Robert Köçəryan və Serj Sarkisyan seçkilərin nəticəsini tanıdıqları ilə bağlı hələlik heç bir açıqlama verməyiblər. Məğlubiyyəti qəbul etmək fikrində olmayan “Qarabağ klanı” mənsubları hər vəchlə səslərin sayılmasında saxtakarlığla yol verildiyini isbat etməyə çalışırlar. Bu cür situasiya isə seçkilərin nəticələrinin ləğv olunması ehtimalını yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ erməniləri üç qrupa bölünüb” – Əksəriyyət Azərbaycanı istəyir – AÇIQLAMA


Keçmiş prezidentlərin əllərində olan SÜBUTLAR

Bu sübutlar isə heç də gözardı ediləcək qədər az deyil. İlk səs-küy yaradan məsələ Ermənistanın iki bölgəsində- Vamadzor və Spitakda səslərin sayılması zamanı işıqların sönməsi olub. Adı çəkilən bölgələrdə Paşinyanın ciddi fərqlə qələbə qazanmasını müxalifət məhz bu amillə əlaqələndirib.

Köçəryan-Sarkisyan tandeminin əlində bayraq etdiyi digər bir məsələ isə Sünikdə əsgərlərin seçki bülletenlərinin zabitlər tərəfindən yoxlanılması olub. Sözügedən problemin seçkilərin nəticələrinə ciddi təsir etdiyi bildirilib. Paşinyanın daş-qalaq və təhqirlərlə qarşılandığı Zəngəzurda belə böyük fərqlə qələbə qazanmasını da eks-prezidentlər bu faktorla bağlayıblar.

Seçkisonrası qalmaqallar

Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku iyunun 22-də Mərkəzi Seçki Komitəsini məhkəməyə verib. Səbəb kimi isə “Vətəndaş Müqaviləsi” blokunun seçkilərdə inzibati resurslardan istifadə etməsi göstərilib. Lakin Köçəryanın bu arzusu da ürəyində qalıb. Məhkəmə “Hayastan”ın etirazlarını rədd edib.

Robertə qarşı növbəti zərbə isə blok yoldaşı olan Armen Çarçyanın azadlıqdan məhrum edilməsi olub. Həbs səbəbi kimi isə deputatlığa namizədin seçicilərə rüşvət verməsi göstərilib.

Səslərin yenidən sayıldığı 65 seçki məntəqəsində “Hayastan” blokunun daha üstün olmasının müxalifət üçün növbəti bəhanəyə çevriləcəyinə isə şübhə yeri yoxdur.

Qeyd edək ki, Ermənistanda seçkilərin sonuclarının rəsmi şəkildə elan olunmasına 5 gün vaxt qaldığından, hələlik nəticələrin ləğv olunması hüquqi olaraq mümkünsüzdür.

Lakin Paşinyanın böyük fərqlə üstün olmasının “Qarabağ klanı”nın məğlubiyyətini dəqiqləşdirməsi səbəbindən, eks-prezidentlərin seçkilərin ləğvi üçün hər yola əl atacaqlarını ehtimal etmək olar. Bu yöndə artıq ilk addımlar da atılmağa başlayıb. Pozuculuq fəaliyyətlərinə doğulduqları Xankəndində başlayan Robert və Serjin niyyətlərinə Ermənistanda davam edəcəkləri isə istisna edilmir. 

Müxalifət parlamentdən imtina edə bilərmi? 

Xüsusilə də, Köçəryan parlamentdə oturmayacağını bildirməklə, mübarizəsinə sadiq qalacağının da “müjdə”sini verib. Amma Köçəryan-Sarkisyan cütlüyünün sonda istəklərinə çataraq, seçkilərin nəticələrinin ləğv olunmasına nail olacaqları o qədər də real görünmür.

Çünki Ermənistanın özü belə dünya siyasi arenasında müstəqil subyekt kimi qəbul olunmur və eyni zamanda bir çox böyük güclər seçki nəticələrini qəbul edən bəyanatlar verib. Moskva da seçkiyə bu və digər formada öz münasibətini bildirib. Hətta Paşinyanı təbrik də ediblər.

Revanşistlərin də Moskva asılılığını nəzərə alsaq, Koçaryan gedir istirahət eləməyə.  

“Qarabağ klanı”nın əldə edə biləcəyi ən böyük uğur isə daha bir neçə seçki məntəqəsində bülletenlərin yenidən sayılmasına qərar verilməsi ola bilər. Bunun baş verməsinin isə seçki məğlublarının dərdinə dərman olması mümkünsüz görünür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO