Arazboyu təlimlərdən sonra İran hansı addımı atacaq? – Politoloqların FİKRİ

Hazırda oxunan: Arazboyu təlimlərdən sonra İran hansı addımı atacaq? – Politoloqların FİKRİ

108134

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bu gün Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla birgə Astara, İmişli və Cəbrayılda keçirilən birgə hərbi təlimləri izləyəcək. Nəzərə alaq ki, bu bizim ölkəmizin Azərbaycan-İran sərhəddində birgə keçirilən ilk hərbi təlimləridir. Ona görə də bu hərbi təlimlər həm də müəyyən siyasi mesajlar verir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirdi ki, bu, Azərbaycanla Türkiyənin birgə keçirdiyi ilk təlimlər deyil:

“Amma miqyasına və məkanına görə bu dəfəki təlimlər tam fərqlidir. Bundan əvvəlki təlimlər həm Türkiyədə, həm Azərbaycanda müxtəlif qoşun növləri üzrə keçirilib. Bu da faktiki olaraq Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin vacib bir hissəsi kimi qəbul olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Arazı elə yox, belə keçirlər - Qardaş ordulardan mollalara TARİXİ CAVAB


Nəzərə alaq ki, Azərbaycanla Türkiyənin bütün müvafiq qurumları kordinasiyalı şəkildə fəaliyyət göstərir. Çünki, Şuşa deklorasiyasında bütün sahələrdə əməkdaşlığın və müttəfiqliyin inkişaf etdirilməsi qeyd olunub. Yəni təhlükələr qiymətləndirilir və buna uyğun addımlar atılır”.

Sabiq nazir onu da qeyd etdi ki, son vaxtlar İranın Azərbaycana qarşı arzuolunmayan siyasəti, səslənən məsuliyyətsiz bəyanatlar cavab tədbirlərini zəruri edir:

“Azərbaycan-Türkiyə hərbi təlimləri də qonşu dövlətə bir mesaj, ən yaxşı cavabdır. Düşünürəm ki, bu hərbi təlimlər vaxtında və çox uğurla həyata keçirilən bir cavab addımıdır”

Politoloq Fərhad Məmmədovsa bildirdi ki, bu təlimlərlə Bakı və Ankara İranın regionda yaratdığı gərginliyə əks-reaksiyadır:

“İranda gedən daxili proseslər, İranın nüvə proqramı ətrafında gedən proseslər, ABŞ və Fransanın İranda gedən proseslərə münasibətin dəyişməsi İranı vadar edir ki, özünün səhv ritorikasından əl çəksin. Keçirilən hərbi təlimlər İran rəhbərliyinə bir mesajdır ki, son zamanlar süni şəkildə yaratdığı gərginliyin dərəcəsini azaltsın. Cənubi Qafqaz regionuna daha praqmatik yanaşsın. Düşünürəm ki, bu təlimlərdən sonra İranla daha normal münasibətlərin yaranmasına şərait yaranacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO